Sevastopola kütləvi dron hücumu - evi başına uçdu

Sevastopola kütləvi dron hücumu - evi başına uçdu
09.06.2026 14:30 Dünya

Sevastopolda Ukraynaya məxsus pilotsuz uçuş aparatının fərdi evə düşməsi nəticəsində yanğın baş verib.

TodayPress TV  xəbər verir ki, bu barədə "TASS" məlumat yayıb. 

Qeyd edilib ki, hadisə zamanı bir kişi çoxsaylı qəlpə yaraları alaraq yaralanıb, vəziyyətinin orta-ağır olduğu bildirilir.

Məlumata görə, dronun qəzaya uğramasından sonra Laspi yaxınlığında meşə yanğını da başlayıb. Hadisə yerində təcili yardım və yanğınsöndürmə xidmətləri çalışır. 

Sevastopol qubernatoru Mixail Razvojayev bildirib ki, hava hücumundan müdafiə qüvvələri kütləvi hücum zamanı ümumilikdə 20 Ukrayna dronunu zərərsizləşdirib.  

Jalə Rövşən 

XƏBƏR LENTİ
13 IYUN 2026
Bütün Xəbərlər