Seutada həyəcan siqnalı: Minlərlə hərbçi sərhədə göndərildi

Seutada həyəcan siqnalı: Minlərlə hərbçi sərhədə göndərildi
14.08.2026 20:38 Dünya

İspaniya və Mərakeş Seuta sərhədində nəzarəti gücləndirib.

TodayPress TV xəbər verir ki, “Politico”nun məlumatına görə, avqustun 15-də sərhədin kütləvi şəkildə qanunsuz keçilməsinə cəhd edilə biləcəyi barədə məlumatlar fonunda iki ölkənin hakimiyyət orqanları sərhəd təhlükəsizliyi tədbirlərini artırıb və sosial şəbəkələrdə yayılan çağırışları izləyir.

Seutaya əlavə olaraq 300 polis əməkdaşı və 2 min hərbçi göndərilib. Mərakeş isə sərhədyanı Fnidək şəhəri ərazisində təhlükəsizlik qüvvələrinin sayını artırıb.

İspaniya hakimiyyəti həmçinin miqrantların dəniz yolu ilə eksklava keçməsinin qarşısını almaq üçün nəzərdə tutulan yeni dəniz infrastrukturunu yoxlayıb.

Madrid və Rabat ötən ay baş verən kütləvi miqrant axınının təkrarlanmasına yol verməməyə çalışır. Mümkün yeni miqrant axını Avstriya və İtaliya da daxil olmaqla bir sıra Aİ ölkələrində də narahatlıq yaradıb.

Kübra Musayeva

XƏBƏR LENTİ
14 AVQUST 2026
Bütün Xəbərlər