Səudiyyə Ərəbistanı səmasında iki pilotsuz aparat vuruldu
Səudiyyə Ərəbistanının hava hücumundan müdafiə sistemləri ölkə ərazisinə yönəlmiş iki pilotsuz uçuş aparatını zərərsizləşdirib.
TodayPress TV xəbər verir ki, bunu krallığın Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi Turki əl-Maliki bildirib.
Onun sözlərinə görə, pilotsuz uçuş aparatlarından biri Riyadın şərqində məhv edilib.
Digər pilotsuz aparat isə Rub əl-Xali səhrası ərazisində, Şeyba neft yatağına yönəldiyi vaxt vurulub.
Qiymət Mahir