Səudiyyə Ərəbistanı İranın hücumlarını kəskin şəkildə pislədi
Səudiyyə Ərəbistanı İranın regiondakı son hücumlarını Küveyt, Bəhreyn və İordaniyanın suverenliyinin “açıq-aşkar pozulması” kimi pisləyib.
TodayPress TV xəbər verir ki, bu barədə ölkənin Xarici İşlər Nazirliyi "X"da bəyanat yayıb.
Nazirlik xəbərdarlıq edib ki, bu cür hücumların davam etməsi regional və beynəlxalq təhlükəsizliyi təhdid edir, gərginliyin azaldılmasına, regionda təhlükəsizlik və sabitliyin bərpasına yönəlmiş səylərə kölgə salır.
Aysel Mətləb