Neft niyə ucuzlaşmır? 5 əsas səbəb

Neft niyə ucuzlaşmır? 5 əsas səbəb
05.10.2026 04:28 Dünya

Yaxın Şərqdən neft tədarükünün bərpasına baxmayaraq, dünya bazarında neftin qiyməti bir barel üçün 100 dollardan yuxarı qalır.

TodayPress TV xəbər verir ki, “Bloomberg”in məlumatına görə, buna təsir edən əsas amillər Yaxın Şərqdə gərginliyin yenidən artması riski, ehtiyatların azalması, yanacaq çatışmazlığı, daşınma xərclərinin yüksəlməsi və inflyasiya qorxusudur.

ABŞ və İran arasında razılaşma əldə olunmayıb. Tehran Hörmüz boğazından keçən gəmiçiliyə təhdidlərini davam etdirir. Husilər isə Qırmızı dənizdə Səudiyyə Ərəbistanına məxsus gəmilərin blokadaya alınacağını bəyan ediblər.

Təhlükəsizlik riskləri neft daşınmasını da bahalaşdırıb. Fars körfəzindən Çinə neft daşıyan tankerin gündəlik icarə haqqı rekord həddə — 1,2 milyon dollara çatıb.

Digər problem qlobal neft ehtiyatlarının azalmasıdır. Dünyada təxminən 4,3 milyard barel neft ehtiyatının qaldığı bildirilir. Bu, son beş ilin ən aşağı göstəricisidir. Eyni zamanda, neftə tələbat artıb.

Yanacaq bazarında, xüsusilə dizel çatışmazlığı da qiymətlərə təzyiq göstərir. Yaxın Şərq və Rusiyada neft emalı və ixracı ilə bağlı məhdudiyyətlər qlobal təklifi zəiflədir. Rusiyada neft emalı zavodlarının fəaliyyətinə və ixracına Ukraynanın hücumları da təsir edir. Digər zavodlar isə istehsalı demək olar ki, maksimum güclə davam etdirməyə məcbur qalır.

Bundan başqa, neftin bahalaşması inflyasiyanı sürətləndirir. İnvestorlar da inflyasiyadan qorunmaq üçün yenidən neftə üz tuturlar.

“Böyük Yeddilik” (G7) ölkələri və tərəfdaşlarının ehtiyatlardan 100 milyon barelədək neft və dizel yanacağının bazara çıxarılması qərarı da qiymətləri əhəmiyyətli dərəcədə aşağı salmayıb.

Kübra Musayeva

XƏBƏR LENTİ
05 OKTYABR 2026
Bütün Xəbərlər