Rinqdə amansız üstünlük: Boksçularımız rəqiblərinə aman vermədi!

Rinqdə amansız üstünlük: Boksçularımız rəqiblərinə aman vermədi!
05.10.2026 11:10 İdman

Monteneqronun Budva şəhərində boks üzrə U-17 Avropa çempionatı davam edir.

TodayPress TV xəbər verir ki, yarışın ikinci günündə Azərbaycan milli komandasının daha üç boksçusu növbəti mərhələyə vəsiqə qazanıb.

Qadınların mübarizəsində Alsu Yafarova (54 kq) 1/8 finalda belaruslu Hanna Belyankova ilə qarşılaşıb. Boksçumuz ilk raundda rəqibini tam üstünlüklə məğlub edərək növbəti mərhələyə adlayıb. O, oktyabrın 7-də yarımfinala vəsiqə uğrunda Oleksandra Çerevata (Ukrayna) ilə döyüşəcək.

Cəmilə Muradlı (57 kq) da adını 1/4 finala yazdırmağı bacarıb. Təmsilçimiz ilk görüşündə Sara Persaya (Rumıniya) şans verməyib - 5:0 (30:24, 30:24, 30:25, 30:26, 30:27). Muradlı oktyabrın 8-də Rozali Uhrova (Çexiya) ilə üz-üzə gələcək.

Kişilərin yarışında isə Şükar Əliyev (80 kq) 1/16 final mərhələsində polşalı İqor Tomiçeklə gərgin döyüşdən qalib ayrılıb. 4:1 (30:27, 29:28, 29:28, 30:27, 28:29) hesabı ilə üstün gələn idmançımız mərhələ adlayıb. O, bu gün keçiriləcək 1/8 final görüşündə ilk mərhələdən azad olan Lazare Dokvadze (Gürcüstan) ilə ringə çıxacaq.

Qeyd edək ki, 40 ölkədən 473 boksçunun mübarizə apardığı Avropa çempionatı oktyabrın 11-də yekunlaşacaq.


Namiq HUN

TodayPress TV

FOTOLAR

Rinqdə amansız üstünlük: Boksçularımız rəqiblərinə aman vermədi! — 1
Rinqdə amansız üstünlük: Boksçularımız rəqiblərinə aman vermədi! — 2
Rinqdə amansız üstünlük: Boksçularımız rəqiblərinə aman vermədi! — 3
XƏBƏR LENTİ
05 OKTYABR 2026
Bütün Xəbərlər