Sərnişin avtobusu atəşə tutuldu - DƏHŞƏTLİ ANLAR
Ukrayna Silahlı Qüvvələri tərəfindən Lisiçansk şəhərində avtobusa hücum edilib.
TodayPress TV xəbər verir ki, bu barədə Luqansk vilayətinin rəhbəri Leonid Paseçnik məlumat verib.
Məlumata görə, hadisə nəticəsində 12 nəfər yaralanıb. Yaralıların vəziyyəti barədə əlavə məlumat açıqlanmayıb.
Hadisə ilə bağlı araşdırma aparıldığı bildirilir.
Kübra Musayeva