Serbiya çalxalanır: Vuçiç istefaya gedir
Serbiya Prezidenti Aleksandr Vuçiç yaxın aylarda vəzifəsindən ayrılmağa hazırlaşdığını açıqlayıb.
TodayPress TV xəbər verir ki, Vuçiç bu barədə Belqrad Radiosuna verdiyi müsahibədə deyib.
O, bildirib, ki prezident postundan istefa verməyi planlaşdırır və bu qərar ictimaiyyət üçün gözlənilməz olmayacaq.
“İstefa verməyi planlaşdırıram, bu barədə sizə məlumat verəcəyəm, heç kim üçün sürpriz olmayacaq. Artıq prezident iqamətgahında kitab yığmağa başlamışam. Çoxlu kitabım var və səlahiyyət müddətim ərzində aldığım 1200 kitabı bağışlayacağam”, – deyə Serbiya lideri qeyd edib.
Vuçiç əlavə edib ki, hazırda hakim partiyadan mümkün varisləri nəzərdən keçirir. Onun sözlərinə görə, növbəti prezident ölkədə keçiriləcək seçkilərdə qalib gələ biləcək güclü namizəd olmalıdır.
Serbiya Prezidenti həmçinin gələcəkdə Baş nazir vəzifəsinə namizədliyini irəli sürmək ehtimalını da istisna etməyib.
Jalə Rövşən