SEPAH komandirindən sərt hədə — "Daha ağrılı və qətiyyətli zərbə vurulacaq'"

Dünya

23.05.2026 10:15

"SEPAH"ın Tehrandakı “Məhəmməd Rəsulullah” korpusunun komandiri Həsən Həsənzadə istənilən xarici hücuma “sərt cavab” veriləcəyi ilə hədələyib.

TodayPress TV xəbər verir ki, o, televiziya müsahibəsində bildirib ki, “əgər düşmən səhv addım atarsa”, İran Silahlı Qüvvələri əvvəlkindən daha sərt, daha ağrılı və daha qətiyyətli cavab verəcək.

Həsənzadə mümkün cavabı “sərt, peşmanedici və sonuncu cavab” kimi xarakterizə edib. O əlavə edib ki, İran hər hansı xarici zərbə halında güc eskalasiyasına tam hazırdır.

TodayPress TV

tag: SEPAH,Məhəmməd Rəsulullah,Həsən Həsənzadə,İran Silahlı Qüvvələri,Todaypress.tv,