SEPAH bu istiqamətdə "təhlükəsizlik kəməri" yaratmaq istəyir
İranda Hörmüz boğazından Bab-əl-Məndəb boğazınadək və Fars körfəzindən Qırmızı dənizədək yeni "təhlükəsizlik kəməri"nin yaradılması planları barədə məlumat verilib.
TodayPress TV "IRIB" agentliyinə istinadən xəbər verir ki, bu barədə İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) "Əl-Qüds" qüvvələrinin komandanı İsmayıl Qaani bildirib.
"Qəhrəman Yəmən xalqının vaxtında və qətiyyətli addımları müqavimət cəbhəsinin zəkasını nümayiş etdirir. Zərurət yaranarsa, digərləri də gələcək", - o bildirib.
Qaani İranın müttəfiqlərini nəzərdə tutaraq, sərhədlərin müdafiəsində Birləşmiş Müqavimət Cəbhəsinin bütün üzvlərinin iştirak edəcəyini bəyan edib.