Sənədləri yandı, özünü "öldürdülər": 101 yaşlı hindistanlı pensiya almaq üçün mübarizə aparır

Sənədləri yandı, özünü "öldürdülər": 101 yaşlı hindistanlı pensiya almaq üçün mübarizə aparır
11.09.2026 17:38 Dünya

Hindistanda 101 yaşlı Nadar Sinqh yerli hakimiyyət orqanlarının bir neçə il əvvəl onu səhvən ölü elan etməsindən sonra müstəqillik uğrunda mübarizənin iştirakçısı kimi ona düşən pensiyanı almaq üçün mübarizə aparır.

TodayPress TV xəbər verir ki, bu barədə NDTV məlumat yayıb.

Kişi Hicravən-Kalan kəndində yaşayır və Hindistan Milli Ordusunda xidmət etdiyini bildirir. Britaniya Hindistanının bölünməsindən sonra Pakistandan Hindistana köçüb. Lakin onun şəxsiyyətini və xidmətlərini təsdiqləyən sənədlər yanğın zamanı məhv olub.

Ailəsinin sözlərinə görə, bu səbəbdən Sinqh uzun illərdir ona düşən pensiyanı rəsmiləşdirə bilmir. Təxminən üç il əvvəl yerli administrasiyanın onu rəsmi olaraq ölən şəxslər siyahısına daxil etməsi vəziyyəti daha da çətinləşdirib. Sonradan səhv düzəldilsə də, pensiya ödənişləri ilə bağlı problemlər həll olunmayıb.

Bundan başqa, Müstəqillik Günü münasibətilə kənddə Nadar Sinqhin şərəfinə xatirə lövhəsi qoyulub. Lakin onun adının yanında “vəfat edib” yazılıb. Yerli administrasiya yazının səhvən qeyd edildiyini və ailənin şikayətindən sonra silindiyini bildirib.

Qiymət Mahir

XƏBƏR LENTİ
11 SENTYABR 2026
Bütün Xəbərlər