Seçki nəticələri bitməmiş, Paşinyan təcili Azərbaycana müraciət etdi

Seçki nəticələri bitməmiş, Paşinyan təcili Azərbaycana müraciət etdi
08.06.2026 09:11 Dünya

Ermənistanın Baş naziri Nikol Paşinyan siyasi partiyasının seçkilərdə qələbəsindən sonra Azərbaycan və Türkiyəyə münasibətlə bağlı açıqlama verib.

TodayPress TV xəbər verir ki, bu barədə “news.am” məlumat yayıb.

O bildirib ki, Ermənistan hakimiyyətinin mövqeyi dəyişməz olaraq qalır və ölkə sülhə, regional rifaha və əməkdaşlığa sadiqdir. Paşinyan bu yanaşmanın həm Azərbaycanda, həm də Türkiyədə müsbət qarşılanacağına ümid etdiyini qeyd edib.

Baş nazir Ermənistan-Azərbaycan münasibətlərində əsas vəzifənin sülh prosesinin institusionallaşdırılması olduğunu vurğulayıb. Onun sözlərinə görə, tərəflər artıq sülh sazişinin mətni üzrə razılığa gəliblər və növbəti mərhələ sənədin imzalanması olmalıdır.

Paşinyan Ermənistan-Türkiyə münasibətlərinə də toxunaraq sərhədlərin açılmasının və diplomatik əlaqələrin qurulmasının vacibliyini bildirib. O, həmçinin Axalkalaki–Qars dəmir yolu marşrutunun Ermənistan yükləri üçün açılması qərarını müsbət qiymətləndirib.

Ermənistan rəsmisi çıxışında Ermənistan hökumətinin irəli sürdüyü Sülhün Kəsişməsi təşəbbüsünə də diqqət çəkib. O bildirib ki, layihənin həyata keçirilməsi Cənubi Qafqazın nəqliyyat və iqtisadi xəritəsini dəyişdirə, regionu mühüm logistika mərkəzinə çevirə bilər.

Paşinyanın sözlərinə görə, regional nəqliyyat əlaqələrinin genişlənməsi və iqtisadi əməkdaşlığın inkişafı bütün ölkələr üçün yeni imkanlar yaradacaq və uzunmüddətli sabitliyin möhkəmlənməsinə töhfə verəcək.

Türkan İsgəndərli

TodayPress TV

XƏBƏR LENTİ
08 IYUN 2026
Bütün Xəbərlər