Şahbaz Şərif Çindədir - Səfər bölgədəki güc balansına necə təsir edəcək?

Dünya

23.05.2026 16:15

Pakistanın Baş naziri Şahbaz Şərif Çinə rəsmi səfərə gedib.

TodayPress TV xəbər verir ki, bu barədə Pakistan Baş nazirinin ofisi məlumat yayıb.

Məlumata görə, Pakistan nümayəndə heyətinin tərkibinə xarici işlər naziri Məhəmməd İshaq Dar da daxildir.

Şahbaz Şərif Çinin Xançjou şəhərində Çjetszyan əyalətinin partiya rəhbərliyi ilə görüş keçirəcək.

Qeyd olunub ki, Pakistanın Baş naziri həmçinin Pakistan və Çin şirkətləri arasında əməkdaşlığın inkişafına həsr olunmuş biznes-forumda iştirak edəcək.

İshaq Dar səfər çərçivəsində bir sıra saziş və anlaşma memorandumlarının imzalanmasının planlaşdırıldığını bildirib. Bundan əlavə, Şahbaz Şərifin iri Çin şirkətlərinin rəhbərləri ilə görüşləri nəzərdə tutulur.

Qeyd edək ki, Pakistan Baş nazirinin Çinə səfəri mayın 26-dək davam edəcək.

TodayPress TV

tag: Şahbaz Şərif,Pakistan,Çin,Rəsmi səfər,Todaypress.tv,