Paşinyan sabah İranın ən böyük yasında iştirak edəcək

Paşinyan sabah İranın ən böyük yasında iştirak edəcək
02.07.2026 18:40 Dünya

Ermənistanın Baş naziri Nikol Paşinyan İranın sabiq ali rəhbəri Əli Xamenei ilə vida mərasimində iştirak etmək üçün İrana səfər edəcək.

TodayPress TV xəbər verir ki, Paşinyan bu barədə jurnalistlərə açıqlamasında məlumat verib.

“Bəli, sabah İrana yollanacağam və elə sabah da geri qayıdacağam”, – deyə o bildirib.

Baş nazir qeyd edib ki, səfər çərçivəsində İran rəhbərliyi ilə də görüşlər keçirməsi planlaşdırılır.

Kübra Musayeva

XƏBƏR LENTİ
02 IYUL 2026
Bütün Xəbərlər