Rusiyanın "ürəyinə" növbəti zərbə: Strateji obyektlər məhv edildi

Rusiyanın "ürəyinə" növbəti zərbə: Strateji obyektlər məhv edildi
10.06.2026 09:40 Dünya

Rusiyanın Samara vilayətində yerləşən Kuybışev Neft Emalı Zavodu pilotsuz uçuş aparatlarının hücumuna məruz qalıb.

TodayPress TV xəbər verir ki, hücumdan sonra zavod ərazisində yanğın baş verib.

Bundan əvvəl Samara vilayətində dron hücumu və raket təhlükəsi elan edilmişdi.

Məlumata görə, Çeboksarı şəhərində yerləşən “VNİİR-Proqress” müdafiə sənayesi müəssisəsi də hücum hədəfi olub. Bildirilir ki, müəssisə radioelektron mübarizə vasitələrindən qorunan “Kometa” antenləri, eləcə də GLONASS, GPS və Galileo sistemləri üçün naviqasiya avadanlıqları istehsal edir.

OSINT mənbələrinin məlumatına əsasən, müəssisə Ukraynanın “Flaminqo” raketi ilə vurulub. Hadisə ilə bağlı rəsmi təsdiq hələlik verilməyib.

TodayPress TV

XƏBƏR LENTİ
10 IYUN 2026
Bütün Xəbərlər