Rusiyadan Macarıstana neft tədarükü dayandırıldı

Rusiyadan Macarıstana neft tədarükü dayandırıldı
14.08.2025 23:10 Dünya

Ukraynanın Bryansk vilayətindəki çatdırılma-ölçmə stansiyasına hücumundan sonra "Drujba" kəməri ilə Macarıstana neft tədarükü dayandırılıb.

TodayPress TV xəbər verir ki, bu barədə Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto Rusiya energetika nazirinin müavini Pavel Sorokin ilə telefon danışığı zamanı bildirilib. 

"Bu gün biz Rusiyanın  energetika nazirinin müavini Pavel Sorokin ilə vəziyyəti müzakirə etdik. O, bizə bildirdi ki, təmir işləri davam edir, ona görə də sabah Macarıstana neft nəqlinin bərpa olunacağı ehtimalı yüksəkdir", - Siyarto vurğulayıb.

Aynur TAC

XƏBƏR LENTİ
17 IYUL 2026
Bütün Xəbərlər