Rusiyada sərxoş qadın təcili yardım işçilərinə atəş açdı
Primorsk diyarının Ussuriysk şəhərində 42 yaşlı qadın tibb işçilərinə hücum edib. Hadisə oktyabrın 4-də Belyayeva küçəsində baş verib.
TodayPress TV "Gazeta.ru"ya istinadən xəbər verir ki, məlumata görə, təcili yardım briqadası sərxoş vəziyyətdə olan qadına yardım göstərmək istəyərkən o, pnevmatik tapançadan onlara azı 6 dəfə atəş açıb.
Qadına qarşı Rusiya Cinayət Məcəlləsinin 213-cü maddəsi (silahdan istifadə etməklə xuliqanlıq) üzrə cinayət işi açılıb və o, həbs edilib.
Qeyd edək ki, bu yaxınlarda Uralda da oxşar hadisə baş verib – taksi sürücüsü mübahisə zamanı sərnişinə atəş açıb.
Jalə Rövşən