Rusiyada iki böyük terminala hücum: Yaralılar var - GÖRÜNTÜLƏR

Rusiyada iki böyük terminala hücum: Yaralılar var - GÖRÜNTÜLƏR
14.08.2026 11:25 Dünya

Rusiyanın Leninqrad vilayətinin Ust-Luqa limanında “Novatek” və “Evrokhim” şirkətlərinə məxsus terminalların hücuma məruz qaldığı bildirilir.

TodayPress TV xəbər verir ki, ilkin məlumata görə, “Novatek” terminalının ərazisinə əvvəlcə reaktiv silahlarla zərbə endirilib.

Daha sonra hücum pilotsuz uçuş aparatları ilə davam etdirilib. Hadisə nəticəsində terminalın ərazisində xəsarət alanların və yaralıların olduğu bildirilir. Əraziyə üç təcili tibbi yardım avtomobili göndərilib.

Hazırda yanğının tam söndürüldüyü qeyd olunur.

Türkan İsgəndərli

TodayPress TV

XƏBƏR LENTİ
14 AVQUST 2026
Bütün Xəbərlər