Rusiyada hər il bir şəhər əhalisi yoxa çıxır

Rusiyada hər il bir şəhər əhalisi yoxa çıxır
20.11.2026 12:29 Dünya

Rusiya uzun illərdir müharibə olmadan da rekord səviyyədə əhali itkisi ilə üzləşir.

TodayPress TV xəbər verir ki, Rosstatın (Rusiya Federasiyasının Federal Dövlət Statistika Xidməti) məlumatına görə, ölkədə hər il 600–750 min nəfər əhalinin azaldığı bildirilir.

Omskdən Vladivostoka qədər uzanan ərazilərdə şəhərlərin yarıboş qaldığı, kəndlərin tədricən boşaldığı və gənclərin sayının kəskin azaldığı müşahidə olunur. Qarşıdakı illərdə Rusiyada daha minlərlə yaşayış məntəqəsinin xəritədən silinəcəyi gözlənilir. Moskva istisna olmaqla, ölkənin Avropa hissəsində də vəziyyətin oxşar olduğu ehtimal edilir.


Rusiyada demoqrafik vəziyyətin real mənzərəsini əks etdirən bəzi statistik məlumatlar məxfiləşdirilib. Belə ki, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı üzrə faktiki əhali göstəriciləri, eləcə də son illərdə ölkə üzrə intihar statistikası ictimaiyyət üçün əlçatmaz olub.

Kreml Ukraynanın müharibə nəticəsində əhalisinin əhəmiyyətli hissəsini itirməsinə diqqət çəkir, lakin Rusiyanın özündəki demoqrafik uçurumu görməzdən gəlir. Müharibə səbəbindən ölkəni tərk edən milyonlarla ukraynalının bir qismi gələcəkdə geri qayıda bilər. Həlak olan rusiyalıları isə geri qaytarmaq mümkün deyil.


Putin hazırda minlərlə gənc rusiyalını Ukraynada ölümə göndərməklə ölkənin gələcək nəsillərini də məhv edir.

Rusiya həm bu gününü, həm də gələcəyini itirir.

Jalə Rövşən 

XƏBƏR LENTİ
20 NOYABR 2026
Bütün Xəbərlər