Rusiya Zaporojyedə daha bir şəhəri ələ keçirməyə çalışır

Rusiya Zaporojyedə daha bir şəhəri ələ keçirməyə çalışır
09.03.2026 18:45 Dünya

Rusiya Silahlı Qüvvələri Zaporojye vilayətinin Qulyaypoleni mühasirəyə almağa və Ukrayna qoşunlarını şəhərdən çıxarmağa çalışırlar.

TodayPress TV xəbər verir ki, bu barədə Ukraynanın Cənub Müdafiə Qüvvələri məlumat yayıb.

Bildirilib ki, Qulyaypole istiqamətində döyüşlər əsasən şəhərin ətrafı və özündə gedir, Ukrayna Müdafiə Qüvvələri şəhərin bir hissəsinə nəzarət edir.

“Düşmən şəhəri cənubdan mühasirəyə almağa və Zalizniçne istiqamətində irəliləməyə çalışır. Hazırda Zalizniçne ətrafında hər gün 15-20-yə yaxın toqquşma qeydə alınır”, - deyə qeyd edilib.

TodayPress TV

XƏBƏR LENTİ
13 IYUN 2026
Bütün Xəbərlər