Rusiya Yaponiya ilə tamhüquqlu dialoqun bərpası üçün əsas şərti açıqladı
“Yaponiya Rusiyaya qarşı düşmənçilik siyasətindən əl çəkərsə, Moskva və Tokio arasında tam hüquqlu dialoqun bərpası mümkündür”.
TodayPress TV xəbər verir ki, bu fikirləri Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib.
Onun sözlərinə görə, Rusiya dəfələrlə Yaponiya tərəfinə mövqeyini çatdırıb.
“Tamhüquqlu dövlətlərarası dialoqu bərpa etmək üçün Yaponiya hökuməti mövcud qeyri-dost kursundan imtina etdiyini real hərəkətlərlə nümayiş etdirməlidir", - deyə o qeyd edib.
Aysel Mətləb