Rusiya yanacaq çatışmazlığının qarşısını almaq üçün bu addımı atdı
Rusiya hökuməti ilin sonunadək ölkədə “Avro-3” standartına uyğun benzinin dövriyyəsinə icazə verib.
TodayPress TV xəbər verir ki, qərara əsasən, bir sıra neft emalı zavodlarına tərkibində kükürdün miqdarı ilə bağlı tələbləri daha aşağı olan avtomobil benzininin istehsalı və satışa buraxılması hüququ verilib.
Rusiyanın Energetika Nazirliyindən bildirilib ki, bu addım daxili bazara əlavə yanacaq həcmlərinin çıxarılmasına və bazarın sabitliyinin qorunmasına xidmət edəcək.
Kübra Musayeva