Rusiya XİN: ABŞ-nin Ukraynadakı hərbi-bioloji fəaliyyətinə xüsusi diqqət yetirildi
Rusiya və Belarus Moskvada bioloji təhlükəsizliyin təmin edilməsi məsələlərinə dair idarələrarası məsləhətləşmələr keçirib və müzakirələr zamanı ABŞ-nin Ukrayna ərazisindəki hərbi-bioloji fəaliyyəti xüsusi diqqət mərkəzində olub.
TodayPress TV xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.
“Beynəlxalq və regional səviyyədə bioloji təhlükəsizliyə təhdidlərlə bağlı qiymətləndirmələr mübadilə olunub. ABŞ-nin Ukrayna ərazisində həyata keçirdiyi hərbi-bioloji fəaliyyətə xüsusi diqqət yetirilib”, – deyə nazirliyin açıqlamasında bildirilir.
Aysel Mətləb