Rusiya vətəndaşları Azərbaycan vasitəsilə İrandan çıxır
Azərbaycan hakimiyyətinin köməyi ilə Rusiya nəqliyyat vasitələri Astara keçid məntəqəsi vasitəsilə İrandan çıxmağa davam edir.
TodayPress TV xəbər verir ki, bunu Rusiya Nəqliyyat Nazirliyindən bildirilib.
Qeyd ounub ki, nəqliyyatın hərəkəti adi qaydada davam edir. Beynəlxalq Avtomobil Daşıyıcıları Assosiasiyasının (ASMAP) nümayəndələri vəziyyəti yerində izləyirlər.
Qeyd edək ki, ABŞ və İsrail fevral ayının 28-də İranda hərbi əməliyyatlara başlayıblar. Rusiyanın İrandakı səfirliyi isə öz vətəndaşlarına müraciət edərək onlara Azərbaycan və Ermənistan ərazisi vasitəsilə ölkəni tərk etməyi tövsiyə edib.
Jalə Rövşən