Rusiya və Ukrayna arasında yeni əsir mübadiləsi aparıldı
Rusiya və Ukrayna arasında hərbi əsirlərin mübadiləsi həyata keçirilib.
TodayPress TV xəbər verir ki, Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumata əsasən, Ukrayna ərazisindən 300 rusiyalı, Rusiya ərazisindən isə 300 ukraynalı hərbçi geri qaytarılıb.
Rusiya Müdafiə Nazirliyi bildirib ki, mübadilənin həyata keçirilməsində Birləşmiş Ərəb Əmirlikləri və ABŞ “humanitar vasitəçilik səyləri” göstəriblər.
Ukrayna tərəfi isə hələlik mübadilə ilə bağlı məlumatı rəsmi şəkildə təsdiqləməyib.
Qeyd edək ki, martın 5-də Kiyev və Moskva arasında “200-ə 200” formatında da əsir mübadiləsi baş tutmuşdu.
Türkan İsgəndərli