Rusiya və Suriya Palmiranı bərpa edəcəklər

Dünya

01.04.2026 15:38

Rusiyalı mütəxəssislər qədim Palmira şəhərinin bərpası ilə bağlı yeni Suriya hakimiyyəti ilə danışıqlar aparırlar.

TodayPress TV  "TASS"a istinadən xəbər verir ki,  bunu Rusiya Elmlər Akademiyasının Maddi Mədəniyyət Tarixi İnstitutunun (İMMİ) direktoru Andrey Polyakov  bildirib.

Polyakovun sözlərinə görə, UNESCO-nun araşdırmasından sonra Zəfər tağının fiziki olaraq yenidən qurulması barədə qərar qəbul edilib. Lakin bölgədə dəyişən siyasi vəziyyət səbəbindən layihə dayandırılıb. Hazırda danışıqlar davam edir və müqavilələrin şərtləri hələ müəyyən olunmayıb.

Qeyd edək ki, Palmira qədim dünyanın ən mühüm mərkəzlərindən biri sayılır və UNESCO-nun Dünya İrsi Siyahısına daxildir. Şəhər tarix boyu dəfələrlə dağıdılıb və yenidən inşa edilib, eramızın III əsrində isə öz inkişafının zirvəsinə çatıb.

2015-ci ildə şəhər "İŞİD" terror təşkilatı  tərəfindən ələ keçirildikdən sonra bir çox tarixi abidə ciddi ziyan görüb. Daha sonra Suriya hökumət qüvvələri ərazidə nəzarəti bərpa edib.

Jalə Rövşən 

TodayPress TV

tag: Suriya ,"İŞİD",Rusiya ,Palmira ,Todaypress.tv,