Rusiya və Çin enerji sahəsində əməkdaşlığı genişləndirir
Dünya
04.02.2026 17:13
"Rusiya və Çin liderləri enerji də daxil olmaqla ticarət-iqtisadi əlaqələrin dərinləşdirilməsi barədə razılığa gəlib, Moskva Çinə neft və boru kəməri qazı tədarükündə liderdir".
TodayPress TV xəbər verir ki, bu barədə Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov “İnterfaks” agentliyinə açıqlamasında bildirib.
Onun sözlərinə görə, danışıqlar zamanı ticarət-iqtisadi əlaqələrin, xüsusilə enerji sahəsində əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün səylərin artırılması tapşırığı qoyulub. Uşakov qeyd edib ki, Rusiya Çinə neft və boru kəməri qazının tədarükündə birinci yerdədir.
Fevralın 4-də keçirilən danışıqlarda Rusiya Prezidenti Vladimir Putin bildirib ki, Moskva ilə Pekin arasında xarici siyasət əlaqəsi dünyada artan qeyri-sabitlik fonunda mühüm sabitləşdirici amil olaraq qalır. Prezidentin sözlərinə görə, Rusiya qlobal və regional məsələlər üzrə Çinlə ən sıx koordinasiyanı davam etdirməyə hazırdır. Bu, həm ikitərəfli əməkdaşlığı, həm də beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı fəaliyyəti əhatə edir.
Putin, eyni zamanda vurğulayıb ki, Rusiya ilə Çin arasında ticarət dövriyyəsi artıq üç ildir ardıcıl olaraq 200 milyard ABŞ dolları həddini aşır.
Daha əvvəl Çin Xalq Respublikasının Sədri Si Cinpin Rusiya-Çin münasibətlərinin yeni mərhələyə keçdiyini bəyan etmişdi.
Qiymət Mahir
tag: Çin ,Si Cinpin,Rusiya,Moskva ,Todaypress.tv,
