Rusiya-Ukrayna müharibəsi bu tarixədək davam edəcək
Ukrayna Ali Radasının deputatı Oleksandr Kaçura bildirib ki, Rusiyanın müharibəni 2030-cu illərə qədər davam etdirmək planı var.
TodayPress TV xəbər verir ki, deputat bu barədə Ukrayna kəşfiyyatının məlumatlarına istinadən açıqlama verib.
Kaçuranın sözlərinə görə, kəşfiyyatın əldə etdiyi məlumatlar Rusiyanın uzunmüddətli hərbi planlar üzərində işlədiyini göstərir və müharibənin yaxın illərdə başa çatacağına dair gözləntilər özünü doğrultmaya bilər.
Rusiya isə bu iddialarla bağlı hələlik rəsmi açıqlama verməyib.
Kübra Musayeva