Rusiya üç ölkə üçün viza tələbini ləğv edəcək

Rusiya üç ölkə üçün viza tələbini  ləğv edəcək
07.10.2025 17:10 Dünya

Rusiya turizminin inkişafına dair strateji sessiyanın materiallarına əsasən, yaxın gələcəkdə Çin, Səudiyyə Ərəbistanı və Malayziya ilə vizasız rejim tətbiq olunacaq.

TodayPress TV "TASS"a istinadən xəbər verir ki, viza rejiminin sadələşdirilməsi artıq bir sıra ölkələrdən 2 milyon xarici turistin cəlb edilməsinə səbəb olub.

Həmçinin planlaşdırılır ki, 2030-cu ilə qədər Rusiyaya gələn xarici turistlərin sayı 5 milyon nəfərdən 11 milyona çatdırılsın.

Jalə Rövşən

TodayPress TV

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər