Rusiya: Trampın ultimatumu qəbuledilməzdir

Rusiya: Trampın ultimatumu qəbuledilməzdir
15.07.2025 14:49 Dünya

Rusiya ABŞ prezidenti Donald Trampın tarif hədələrinə cavab verib.

TodayPress TV xəbər verir ki, Rusiya Xarici İşlər nazirinin müavini Sergey Ryabkov bu barədə “TASS” agentliyinə açıqlama verib.

Ryabkov ABŞ rəhbərliyinin Rusiya ilə bağlı ultimatum tərzində irəli sürdüyü bəyanatların qəbuledilməz olduğunu bildirib.

“Xüsusilə ultimatumlar daxil olmaqla hər hansı tələb irəli sürülməsi bizim üçün qətiyyən qəbuledilməzdir”, – deyə o vurğulayıb.

Diplomat qeyd edib ki, Ukrayna məsələsində siyasi və diplomatik həll yollarına üstünlük verilməlidir:

“Prezident Vladimir Putin dəfələrlə Rusiyanın danışıqlara hazır olduğunu və diplomatik həll yolunu seçdiyini bəyan edib”.

Ryabkov həmçinin bildirib ki, ABŞ və NATO Rusiya tərəfinin yanaşmasını daha ciddi şəkildə nəzərə almalıdır.

Qiymət Mahir

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər