Rusiya sərhədində NATO təlimləri keçirilir
Litvanın Könüllü Sərhəd Mühafizə Qüvvələrinin təlimləri ölkənin Suvalki dəhlizi və Rusiyanın Kalininqrad vilayəti yaxınlığındakı bölgəsində keçirilir.
TodayPress TV xəbər verir ki, bu barədə Litva Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
"Hərbi qulluqçular real şəraitdə hərəkət etmək bacarıqlarını məşq edəcəklər. Təlimlər zamanı qərargah və bölmələrin əməliyyatları planlaşdırmaq və həyata keçirmək, fəaliyyətləri əlaqələndirmək, həmçinin Litva silahlı qüvvələrinin digər bölmələri və NATO müttəfiqləri ilə qarşılıqlı fəaliyyət göstərmək qabiliyyəti qiymətləndiriləcək. Hərbçilərlə birlikdə təlimlərdə Litva Atıcılar İttifaqının üzvləri də iştirak edəcəklər", - deyə bəyanatda qeyd edilib.