Rusiya səfiri: "Avstriya tranzit ölkə kimi strateji rolunu itirib"

Dünya

04.03.2026 22:30

“Avstriya Rusiyadan qaz qəbul etməkdən imtina etməklə mühüm tranzit ölkə kimi strateji rolunu itirib”. 

TodayPress TV xəbər verir ki, bunu Rusiyanın Vyanadakı səfiri Andrey Qrozov bildirib. 

“Ölkə mühüm tranzit nöqtəsi kimi strateji rolunu itirib və getdikcə Almaniya, İtaliya vasitəsilə bahalı mayeləşdirilmiş təbii qaz alır. OMV-nin (Avstriyanın ən böyük enerji şirkəti) bir vaxtlar Avropa qitəsinə etibarlı və əlverişli təchizat təmin edə biləcək “Şimal Axını 2” layihəsinə yatırdığı 950 milyon avro, boru kəmərinə qarşı cəsarətli bir təxribatdan sonra indi Baltik dənizinin dibində geri dönməz şəkildə yatır. Və görünür, yerli hakimiyyət orqanlarının heç biri bu faktla maraqlanmır”, - deyə o, qeyd edib. 

Aysel Mətləb

TodayPress TV

tag: Avstriya,Rusiya,Tranzit,Rol,Todaypress.tv,