Rusiya Qara dənizdə atəşkəslə razılaşmadı

Rusiya Qara dənizdə atəşkəslə razılaşmadı
14.08.2026 16:11 Dünya

Rusiya Qara dənizdə atəşkəsə dair çağırışı rədd edib.

TodayPress TV xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib.

Onun sözlərinə görə, Moskva Qara dənizdə vəziyyətin yaxşılaşması istiqamətində heç bir irəliləyiş görmür.

Zaxarova həmçinin 2022-2023-cü illərdə fəaliyyət göstərmiş Qara Dəniz Taxıl Təşəbbüsünə qayıtmağın artıq mümkün olmadığını deyib.

Türkiyənin vasitəçiliyi ilə əldə olunan razılaşma Rusiya və Ukraynaya Qara dəniz üzərindən taxıl ixracını davam etdirməyə imkan verirdi. Moskva isə sonradan öhdəliklərin yerinə yetirilmədiyini əsas gətirərək təşəbbüsdən çıxmışdı.

TodayPress TV

XƏBƏR LENTİ
14 AVQUST 2026
Bütün Xəbərlər