Rusiya MDB ölkələrinin ordularına müasir silahlar verəcək

Rusiya MDB ölkələrinin ordularına müasir silahlar verəcək
31.10.2025 17:52 Dünya

Rusiya müdafiə naziri Andrey Belousov bildirib ki, Moskva MDB ölkələrinin ordularının modernləşdirilməsinə dəstək göstərəcək, onlara müasir silahlar təqdim edəcək və “xüsusi hərbi əməliyyat” zamanı əldə edilmiş döyüş təcrübəsini bölüşəcək.

TodayPress TV xəbər verir ki, nazir bu fikirləri Almatıda keçirilən MDB Müdafiə Nazirləri Şurasının iclasında səsləndirib.

“Çətin hərbi-siyasi şəraitdə əsas məqsədimiz ortaq təhlükəsizliyi möhkəmləndirmək və müasir təhdidlərə birgə cavab verməkdir. MDB ordularının təchizatının gücləndirilməsi və əməkdaşlığın dərinləşdirilməsi bu istiqamətdə prioritet olacaq”, — Belousov qeyd edib.

O, həmçinin vurğulayıb ki, Rusiya tərəfi hərbi əməkdaşlıq konsepsiyasının icrasının nəticələrini və gələcək inkişaf perspektivlərini tərəfdaşlarla müzakirə edəcək.

Nazir çıxışı zamanı MDB ölkələri arasında tarixi yaddaşın qorunması və Böyük Vətən müharibəsindəki ortaq Qələbənin saxtalaşdırılmasına qarşı birgə mübarizənin vacibliyini də xüsusi qeyd edib.

Qiymət Mahir

TodayPress TV

XƏBƏR LENTİ
05 IYUN 2026
"CNN" Azərbaycanı iki cəbhəyə qarşı qoyur 16:58 “Liverpul” əfsanəsi yeni macəraya başlayır! 16:52 Gəmidə həlak olan vətəndaşlarımızın şəxsiyyəti məlum oldu 16:46 Rusiya gözlənilmədən fəallaşdı: Sülh müqaviləsini Moskvada bağlayaq... 16:40 Bəs azərbaycanlılar kollektiv idman növlərini bacarmırdı? 16:33 Qazaxıstan oyunları öncəsi U-17-də heyət yeniləndi 16:18 Bazar günü intensiv yağış yağacaq - XƏBƏRDARLIQ 16:15 İrandan ABŞ-yə xəbərdarlıq: Gəmilərə dron hücumu - VİDEO 16:01 Ermənistan seçkisinin 100 minlik müəmması: bunlar seçicilərdir, yoxsa qatillər? 15:56 Çempion komandada böyük təmizləmə əməliyyatı başladı! 15:55 Mehriban Əliyeva minifutbol üzrə Azərbaycan millisini təbrik etdi 15:43 “Mercedes” pilotundan maraqlı etiraf: start almaq çox çətindir! 15:38 Dubay nağılı kabusa çevrildi: Azərbaycanlı qadın ərəb şeyxinə əsir düşdü 15:36 “Real” basketbolunda yeni dönəm olmayacaq? Klub qərarını verdi 15:28 Azərbaycan Minifutbol Federasiyasına 1 milyon manat ayrıldı 15:25 İranla Azərbaycanı toqquşdurmaq istəyirlər - QLOBAL GÜCLƏR İFŞA OLUNDU 15:22 Su təsərrüfatı və meliorasiya işçiləri təltif edildi - SƏRƏNCAM 15:23 Rusiya rəsmisi azərbaycanlı dənizçilərin ölümünə reaksiya verdi 15:11 Rəsmi addım yaxınlaşır: İtaliano “Beşiktaş”ın sükanı arxasında! 15:07 CNN Azərbaycandan nə istəyir? — Mətbuat Şurasından REAKSİYA 14:57 Səyyar "ASAN xidmət" Tbilisidə vətəndaşlara xidmət göstərir 14:55 Argentina əfsanəsi Skaloninin uğur formulunu açıqladı! 14:41 CNN-in əsassız iddialarını qətiyyətlə rədd edir, təkzib tələb edirik - RƏSMİ 14:29 CNN Azərbaycana şər atdı - Mediadan açıqlama gəldi 14:25 Zelenski və Putin görüşü baş tutacaq? 14:24 Bütün Xəbərlər