Rusiya kartları açdı - Avropa ölkələrini leqal hədəflər elan etdi
Rusiya Müdafiə Nazirliyinin açıqlaması sözün həqiqi mənasında qəbul olunmalıdır.
Todaypress TV xəbər verir ki, bunu Rusiyanın sabiq prezidenti Dmitri Medvedyev "X" sosial şəbəkəsindəki paylaşımda bildirib.
Onun sözlərinə görə, Avropada dron və digər hərbi avadanlıq istehsal edən müəssisələrin siyahısı Rusiya Silahlı Qüvvələri üçün potensial hədəflər siyahısıdır.
Medvedyev əlavə edib ki, bu obyektlərə zərbələrin endirilib-endirilməyəcəyi gələcək hadisələrdən asılı olacaq.
Jalə Rövşən