Rusiya Ermənistanı “qeyri-dost addım”da ittiham edir

Rusiya Ermənistanı “qeyri-dost addım”da ittiham edir
09.07.2025 16:15 Dünya

Ermənistanın bəzi Rusiya vətəndaşlarının ölkəyə girişinə qadağa qoyması Moskva tərəfindən ittihamla qarşılanıb.

TodayPress TV xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bu addımı “erməni-rus müttəfiqliyinə zidd və qeyri-dost yanaşma” adlandırıb.

O bildirib ki, Rusiya tərəfi bu praktikanın dayandırılması üçün dəfələrlə Yerevana çağırış edib.

Məsələ Rusiya və Ermənistan XİN rəhbərləri Sergey Lavrov və Ararat Mirzoyan arasında son görüşdə də müzakirə olunub. Moskva problemin həlli üçün Yerevana konkret təkliflər təqdim edib.

Qiymət Mahir

XƏBƏR LENTİ
16 IYUL 2026
Bütün Xəbərlər