Rusiya Ermənistanı boğmağa başladı

Dünya

23.05.2026 13:20

Rusiya ilə Ermənistan arasında münasibətlərin gərginləşməsi fonunda Moskvanın İrəvana qarşı iqtisadi təzyiqləri artırdığı bildirilir.

TodayPress TV xəbər verir ki, Rusiya Prezidenti Vladimir Putin Ermənistanın Rusiya qazını min kubmetr üçün 177,5 dollar güzəştli qiymətlə aldığını xatırladaraq, İrəvanın “geosiyasi istiqamətini müəyyən etməli olduğunu” bəyan edib.

Ermənistanın Baş naziri Nikol Paşinyan isə cavabında qaz qiymətlərinin uzunmüddətli müqavilə ilə tənzimləndiyini və birtərəfli qaydada dəyişdirilə bilməyəcəyini bildirib.

Bundan sonra Rusiyanın Rosselxoznadzor qurumu fitosanitar səbəbləri əsas gətirərək Ermənistandan gül idxalını dayandırıb. Qurum tərəvəz və meyvələrə qarşı da oxşar məhdudiyyətlərin tətbiq oluna biləcəyi barədə xəbərdarlıq edib.

Ekspertlər bunu Kremlin Ermənistanın Rusiyanın təsir dairəsindən uzaqlaşmaq cəhdlərinə qarşı sistemli iqtisadi təzyiq kampaniyasının başlanğıcı kimi qiymətləndirirlər.

TodayPress TV

tag: Rusiya,Ermənistan,Moskva,İrəvan,Todaypress.tv,