Rusiya Ermənistan şərab və konyaklarına qadağa qoydu

Dünya

23.05.2026 12:50

"Rospotrebnadzor" Ermənistandan idxal olunan keyfiyyətsiz spirtli içkilər aşkar edib.

TodayPress TV xəbər verir ki, bu barədə "Rospotrebnadzor"- İstehlakçı Hüquqlarının Müdafiəsi və İnsan Rifahına Nəzarət üzrə Federal Xidməti məlumat yayıb.

Rusiyada "Vedi-Alko", "Abovyan konyak zavodu" və "Şahnazaryan Şərab-konyak evi" istehsalçılarının şərab və konyak satışı dayandırılıb.

Qadağan olunan məhsullar arasında "Getap Vernaşen" (11 % spirt, 0,75 l); "Vedi Alko" Xarci, "Arni əfsanələri" (12 % spirt, 0,75 l); "Erməni konyakı 5 ulduz" (40 % spirt, 0,5 l); "Şahnazaryan XO" (40 % spirt, 0,5 l) içkiləri də var.

"Rospotrebnadzor"da bu məhsulların məcburi tələblərə uyğun olmadığı müəyyən edilib.

TodayPress TV

tag: Rusiya,Ermənistan,Şərab,Konyak,Todaypress.tv,