Rusiya: Britaniya ABŞ-yə dəstək verərək münaqişəyə qoşulub

Dünya

05.04.2026 10:30

Rusiyanın Böyük Britaniyadakı səfiri Andrey Kelin Londonun ABŞ təyyarələrinin İrana zərbələr endirmək üçün Britaniya bazalarından istifadə etməsinə icazə verməsini tənqid edib.

TodayPress TV xəbər verir ki, bu barədə o, "TASS"a müsahibəsində deyib.

Səfir bildirib ki, bu addım Böyük Britaniyanı münaqişənin birbaşa iştirakçısına çevirir. Onun sözlərinə görə, Londonun özünü münaqişədən kənarda göstərməsi reallığı əks etdirmir.

Bundan əvvəl Böyük Britaniyanın Baş naziri Keir Starmer ABŞ-nin İrandakı hədəflərə zərbə endirmək üçün Britaniya bazalarından istifadə etməsinə razılıq verdiyini açıqlamışdı.

Kelin vurğulayıb ki, ABŞ-yə belə imkan yaratmaq və bölgəyə hərbi təyyarələr göndərmək birbaşa iştirak deməkdir, baxmayaraq ki, rəsmi London bunu fərqli təqdim etməyə çalışır.

Türkan İsgəndərli

TodayPress TV 

tag: Rusiya,Britaniya,ABŞ,İran,Todaypress.tv,