Rumıniya sərhədində kəşfiyyat dronu aşkarlandı

Rumıniya sərhədində kəşfiyyat dronu aşkarlandı
26.04.2026 23:23 Dünya

Ukrayna ilə sərhəd yaxınlığında pilotsuz uçuş aparatının qalıqları aşkarlanıb.

TodayPress TV xəbər verir ki, bu barədə Rumıniya Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, hadisə yerində ərazi mühasirəyə alınıb və Müdafiə Nazirliyi ilə kəşfiyyat xidmətinin mütəxəssislərindən ibarət qrup araşdırma aparmaq üçün göndərilib. Qalıqların ekspertiza üçün götürüləcəyi qeyd olunub.

İlkin məlumata əsasən, dronun kimə məxsus olduğu hələ müəyyənləşdirilməyib.

Rumıniya tərəfi dronun Rusiyaya məxsus olduğunu iddia etsə də, bu barədə hələlik konkret sübutların təqdim olunmadığı qeyd edilir.

Türkan İsgəndərli

TodayPress TV

XƏBƏR LENTİ
13 IYUN 2026
Bütün Xəbərlər