Rubio Türkiyəni təbrik etdi
ABŞ Dövlət katibi Marko Rubio Türkiyəni Cümhuriyyətin 102-ci ildönümü münasibətilə təbrik edib.
TodayPress TV Türkiyə KİV-ə istinadən xəbər verir ki, Rubio çıxışında Türkiyənin regional sabitlik, terrorla mübarizə, ticarət və enerji sahələrində mühüm tərəfdaş olduğunu bildirib.
O qeyd edib ki, ABŞ-Türkiyə münasibətləri qlobal sülh və təhlükəsizlik üçün vacibdir və iki ölkə arasındakı əməkdaşlıq xalqları daha təhlükəsiz və firavan edir.
Rubio tərəfdaşlığın gələcəkdə daha da möhkəmlənəcəyinə ümid etdiyini vurğulayıb.
Jalə Rövşən