Rubio: "İranla danışıqlarda müəyyən tərəqqi əldə olunub"

Dünya

23.05.2026 18:39

ABŞ-nin dövlət katibi Marko Rubio İranla aparılan danışıqlarda müəyyən tərəqqinin əldə olunduğunu bildirib və yaxın bir neçə gün ərzində yeni xəbərlərin ortaya çıxa biləcəyini istisna etməyib.

TodayPress TV xəbər verir ki, bu barədə o, Nyu-Dehlidə jurnalistlərin İslam Respublikası ilə aparılan dialoq barədə sualını cavablandırarkən bildirib.

"Hazırda sizin üçün hər hansı bir xəbərim yoxdur, lakin bəlkə də bu gün bir az sonra yeni məlumatlar ortaya çıxacaq. Bəlkə də çıxmayacaq. Ümid edirəm ki, olacaq, lakin hələlik buna tam əmin deyiləm", - deyə Rubio vurğulayıb.

Aysel Mətləb

TodayPress TV

tag: ABŞ,Marko Rubio,İran,Nyu-Dehli,TodayPress TV,