Rubio: “İranın nüvə obyektlərinin məhv edilməsi məqsədinə nail olunub”
ABŞ Dövlət katibi Marko Rubio bəyan edib ki, Vaşinqtonun İranın nüvə obyektlərini məhv etmək məqsədi yerinə yetirilib.
TodayPress TV xarici mediaya istinadən xəbər verir ki, onun sözlərinə görə, ABŞ-nin bundan sonrakı addımları Tehranın verəcəyi reaksiyadan asılı olacaq.
“ABŞ-nin İranın nüvə infrastrukturlarını sıradan çıxarmaq istiqamətində qoyduğu hədəflər icra olunub. Hazırda Vaşinqtonun atacağı növbəti addımlar Tehranın davranışından asılı olacaq”, - deyə Rubio bildirib.
Xatırladaq ki, son günlər İsrail və ABŞ-nin İrana qarşı həyata keçirdiyi genişmiqyaslı hərbi əməliyyatlar bölgədə gərginliyi daha da artırıb. İranın cavab zərbələri və qarşılıqlı hərbi toqquşmalar beynəlxalq ictimaiyyətdə ciddi narahatlıq doğurur.
Töhfə Səməd