Roblox Rusiyada bloklandı

Dünya

03.12.2025 19:45

Populyar uşaq oyunu Roblox Rusiyada fəaliyyətini qəfil dayandırıb.

TodayPress TV xəbər verir ki, "Downdetector"un məlumatına görə, istifadəçilər 3 dekabr 2025-ci il səhər saatlarından etibarən platformaya daxil olmaqda ciddi çətinliklər yaşayırlar.

Şikayətlərin sayı qısa müddətdə kəskin artaraq 11:45-də 855-ə çatıb, son bir saatda isə ümumilikdə 1863 problem qeydə alınıb.

İstifadəçilər bildirirlər ki, oyun yalnız VPN vasitəsilə işləyir.

Hadisədən bir gün əvvəl Roskomnadzor Roblox-da yetkinlik yaşına çatmayanlar üçün uyğun olmayan məzmunun olduğunu, platformanın təhlükəsizlik nəzarətinin zəif olduğunu və uşaqlar üçün risk yaratdığını açıqlamışdı.

Qeyd edək ki, Roblox istifadəçilərə öz oyun layihələrini yaratmaq və paylaşmaq imkanı verən platformadır. 2024-cü ildə 9,7 milyon aktiv oyunçu ilə rekord qıran xidmət 2025-ci ilin yayında 47,2 milyon onlayn oyunçu ilə yeni pikə çatmışdı.

Məlumata görə, son dövrlərdə Rusiyada qadınlar video oyunlar və rəqəmsal mallara daha çox vəsait xərcləməyə başlayıblar.

Jalə Rövşən

TodayPress TV


tag: Roblox,Rusiya, Oyun,Blok ,Todaypress.tv,