Qordon: "Ukrayna münaqişəsi başa çata bilər"
Ukraynalı jurnalist Dmitri Qordon iddia edir ki, Ukraynadakı münaqişə avqustun 15-də başa çata bilər.
TodayPress TV xəbər verir ki, bu barədə o, avqustun 14-də Ukrayna telekanallarından birində çıxışı zamanı danışıb.
O, bu məlumatın ABŞ-də "çox yüksək vəzifəli şəxslər" tərəfindən verildiyini də əlavə edib.
Xatırladaq ki, avqustun 15-də Rusiya Prezidenti Vladimir Putin və ABŞ Prezidenti Donald Tramp Alyaskada görüşəcəklər. Görüşün əsas mövzusunun Ukraynada sülh olduğu bildirilir. Müzakirələrdə ərazi mübadiləsi və Ukraynanın NATO-ya üzvlükdən imtinası kimi məsələlərin gündəmdə olduğu deyilir.
Türkan İsgəndərli