Qızılın qiymətində yeni rekord
"2025-ci ilin dekabrı üçün qızıl fyuçerslərinin qiyməti 3 980 ABŞ dollarına qədər bahalaşıb".
TodayPress TV xəbər verir ki, bu barədə Nyu York Ticarət Birjasında qeyd olunub.
Cari ilin dekabrı üçün gümüş fyuçersləri bir unsiya üçün 48,58 dollara satılıb.
2024-cü ildə Azərbaycanda 2663.5 kq qızıl, 3184.9 kq isə gümüş istehsal edilib.
Cari ildə Azərbaycan 22,97 milyon ABŞ dolları dəyərində qızıl ixrac edib. Bu isə 1 il əvvələ nisbətən 81,4 % çoxdur.
Aynur TAC