Qətər müharibə bitənə qədər LNG istehsalını bərpa etməyəcək
Dünya
06.03.2026 16:53
Qətərdə mayeləşdirilmiş təbii qaz (LNG) istehsalı regionda hərbi əməliyyatlar tam dayandırılmayana qədər bərpa olunmayacaq.
TodayPress TV xəbər verir ki, bunu Qətərin energetika üzrə dövlət naziri Səəd əl-Kaabi “Financial Times” qəzetinə müsahibəsində bildirib.
“Qətərdə LNG istehsalı hərbi əməliyyatlar tam dayandırılmayana qədər bərpa olunmayacaq”, – deyə nazir qeyd edib.
Onun sözlərinə görə, istehsalın yenidən başladılması üçün əsas siqnal hücumların tam dayandırılması barədə rəsmi bəyanatlar olacaq.
Qeyd edək ki, martın 2-də İran ətrafında başlayan hərbi qarşıdurma Avropada qaz bazarında kəskin bahalaşmaya səbəb olub. Qiymət artımına əlavə təkan Qətərin dövlət şirkəti “QatarEnergy”yə məxsus Ras Laffan zavodunda hərbi hücumlar səbəbindən LNG istehsalının dayandırılması xəbəri verib.
Nəticədə Avropa bazarı üçün əsas göstərici sayılan Niderlandın TTF qaz habında “sabah təhvil” kontraktlarının qiyməti min kubmetr üçün 510 dollara çatıb. Bu isə əvvəlki həftənin bağlanış qiyməti olan 387 dollardan xeyli yüksəkdir.
Qiymət Mahir
tag: Qətər,LNG,İstehsal,Bərpa,Todaypress.tv,
