Qətər İranın yalnız ABŞ hərbi hədəflərini vurduğu iddiasını rədd etdi

Dünya

04.03.2026 22:20

Qətərin Baş naziri və xarici işlər naziri Məhəmməd bin Əbdürrəhman Əl-Sani İranın xarici işlər naziri Abbas Əraqçi ilə telefon danışığında Tehranın zərbələrinin yalnız ölkədəki Amerika hədəflərinə yönəldiyi barədə sonuncunun iddialarını rədd edib. 

TodayPress TV xəbər verir ki, bu barədə “TASS” məlumat yayıb. 

Söhbət zamanı Əraqçi bildirib ki, İranın raket hücumları Qətərin deyil, ABŞ-nin maraqlarına yönəlib.  

Öz növbəsində Məhəmməd bin Əbdülrəhman Əl-Sani bu iddiaları rədd edərək, faktların hücumların Qətərdəki mülki və yaşayış məntəqələrinə yönəldiyini açıq şəkildə təsdiqlədiyini vurğulayıb. O, zərbələrin Dohadakı Həməd Beynəlxalq Hava Limanı ətrafındakı əraziyə, həyati əhəmiyyətli infrastruktura və mayeləşdirilmiş təbii qaz istehsalı müəssisələri də daxil olmaqla sənaye zonalarına təsir etdiyini aydınlaşdırıb. 

Aysel Mətləb

TodayPress TV

tag: QƏtər,İran,Əraqçi,Rədd,Todaypress.tv,