Qətər İranın raket hücumunu dəf etdi
Qətər silahlı qüvvələri İranın raket hücumunu dəf edib.
TodayPress TV xəbər verir ki, bu barədə Qətər Müdafiə Nazirliyi məlumat verib.
Qeyd edilib ki, hücumdan qısa müddət əvvəl vətəndaşlara evdə qalmaq barədə xəbərdarlıq edilib.
İran prezidenti isə bu gün açıqlayıb ki, ölkənin müvəqqəti idarəetmə şurası ABŞ-İsrail hərbi əməliyyatlarını dəstəkləməyi dayandırarsa, regional dövlətlərə hücumlar da dayandırılacaq.
Məsud Pezeşkian əlavə edib ki, istisna qonşu ölkələrin İrana hücum etməsi halları olacaq.
Jalə Rövşən