Qazaxıstanda SSRİ dövrü bitdi - Ölkə faktiki müstəqil oldu
2026-cı il iyulun 1-dən Qazaxıstanın yeni konstitusiya dəyişiklikləri rəsmi olaraq qüvvəyə minib.
TodayPress TV xəbər verir ki, dəyişikliklərə əsasən, dövlət dilinin statusu gücləndirilib və rus dilinin əvvəlki hüquqi mövqeyi dəyişdirilib.
Əvvəllər bəzi qanunlarda rus dili qazax dili ilə bərabər şəkildə istifadə edilirdisə, yeni qaydalara görə dövlət idarəçiliyində əsas dil kimi qazax dili ön plana çıxır, rus dili isə əlavə ünsiyyət vasitəsi kimi qalır.
Rəsmilər bu dəyişikliklərin ölkədə dil siyasətinin daha aydın və sistemli şəkildə tətbiqinə xidmət etdiyini bildirirlər.
Yeni qaydalar dövlət orqanlarında dil istifadəsi ilə bağlı əvvəlki tələbləri də yeniləyir və əsas diqqət qazax dilinin tətbiqinin genişləndirilməsinə yönəlir.
Türkan İsgəndərli